RusiyanınDağıstan Respublikası üzrəBaytarlıq və Fitosanitar Nəzarət Federal Xidməti (Rosselxoznadzor)İdarəsinin dövlət müfəttişləri Azərbaycan və İrandan gətirilən bitkiçilik məhsullarının bir neçə partiyasının geri qaytarılmasına dair qərar qəbul ediblər.
“Ümumi həcmi 74,5 tona yaxın 4 partiya gavalı və hər birinin çəkisi 12,5 və 18,5 ton bir partiya qara çay və bir partiya şafrtalı qadağan olunmuş məhsullar sırasına daxildir. Rusiya bazarına buraxılmayan məhsulların ümumi həcmi 105 ton təşkil edir”, - İdarənin məlumatında deyilir.
Zərərverici ilə yoluxmuş bitkiçilik məhsulları Rusiyanın dövlət sərhədinin Dağıstan hissəsində - “Yaraq-Kazmalar” keçid məntəqəsində aşkar olunub.
“Məhsullar Azərbaycan və İrandan Rusiya Federasiyasına göndərilib. Karantin fitosanitar nəzarəti gedişatında malın partiyasının baxışı zamanı karantin obyekti - Şərq meyvəyeyəni və yovşan-quyruq ambroziya aşkar edilib. Zərərvericilərin mövcudluğu həmçinin “Ümumrusiya Bitkilərin Karantin Mərkəzi” FDBM şöbəsinin rəyi ilə təsdiqlənib”, - məlumatda qeyd olunur.
Yüklərin sahibləri inzibati məsuliyyətə cəlb olunublar. Bitkiçilik məhsullarının ixracatçı ölkələrə geri qaytarılmasına dair qərar qəbul edilib. **
A.Əzizov