Azərbaycanın xarici işlər naziriElmar Məmmədyarov və Gürcüstanın xarici işlər naziri David Zalkaliani ilə cümə axşamı Bakıda görüşdə müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığının perspektivlərini müzakirə və bu istiqamətdə birgə səylərin davam etdirilməsinə dair razılıq ifadə ediblər.
“Nazirlər iki ölkə arasında mehriban qonşuluq şəraitində inkişaf etdirilən qarşılıqlı faydalı strateji tərəfdaşlıq münasibətlərinin bütün bölgə üçün tərəqqinin vacib amili olduğunu məmnuniyyətlə qeyd ediblər.Hər iki ölkənin iştirak etdiyi enerji və regional əməkdaşlıq layihələrinin bölgədə iqtisadi inkişafın əsaslarını təmin etməklə yanaşı, sabitlik və təhlükəsizliyin bərqərar olunmasına da xidmət etdiyini vurğulayıblar”, - XİN-in məlumatında qeyd olunur.
Nazirlər başçıları ikiölkə arasındakı ikitərəfli əlaqələri tamamlayaraq onun keyfiyyətcə yeni müstəvidə inkişafına şərait yaradan Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli əməkdaşlıq formatını qeyd ediblər. **
B.Rüstəmbəyov