Azərbaycan Respublikası vətəndaşının biometrik göstəricilərini özündə əks etdirən bir nömrəli yeni nəsil şəxsiyyət vəsiqəsi cümə günü prezident İlham Əliyevə təqdim olunub. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Şəxsiyyət vəsiqəsini prezidentə daxili işlər naziri Ramil Usubov təqdim edib.
Sentyabrın 1-dən Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsinə başlanılacaq.
Yeni nəsil şəxsiyyət vəsiqələrinin fərqləndirici xüsusiyyəti ondan ibarətdir ki, vəsiqəyə yerləşdirilən çipə elektron imza daxil olacaq. Bu, vətəndaşlara “Elektron hökumət” portalından sərbəst istifadə etmək imkanı verəcək. **
A.Əzizov