Yaponiyanın xarici işlər naziri Taro Kano sentyabrın 5-də Azərbaycana gələcək.
"T.Kano sentyabrın 5-də ölkəmizə səfər edəcək. Səfər çərçivəsində onun Azərbaycan rəsmiləri ilə görüşləri olacaq", - deyə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev bu gün keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, səfər çərçivəsində iqtisadi əməkdaşlıq, turizm, idman və humanitar sahələrdə əlaqələrin inkişaf etdirilməsi ilə bağlı məsələlər müzakirə ediləcək.
"Əsas müzakirə mövzularından biri Yaponiya şirkətlərinin Azərbaycanın qeyri-neft sektorunda fəaliyyəti ilə bağlı olacaq", - deyə H.Hacıyev əlavə edib.*
F.İsazadə