Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev rəsmi Bakının Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) daxil olmaq niyyəti barədə məlumatı şərh etməyib.
"Hazırda bu məsələ ilə bağlı əlavə şərhimiz yoxdur", - deyə o, bu gün brifinqdə bildirib.
Azərbaycanın təşkilata üzv olmaq niyyətini açıqlayacağı təqdirdə Ermənistanın veto hüququndan istifadə edəcəyinə gəlincə, H.Hacıyev vurğulayıb ki, “Ermənistan KTMT-də yeganə ölkə deyil, bu təşkilatın başqa üzvləri də var”.*