Sentyabrın 1-də Rusiyaya rəsmi səfər çərçivəsində Azərbaycan prezidenti İlham Əliyevin Soçidə RF prezidenti Vladimir Putin ilə görüşü baş tutacaq. Bu barədə Kremlin mətbuat xidməti məlumat verir.
“Liderlər qarşılıqlı səmərəli ticarət-iqtisadi əməkdaşlığın gələcəkdə inkişafı perspektivləri daxil olmaqla, ikitərəfli gündəliyin əsas mövzularını müzakirə edəcəklər. O cümlədən, aktual beynəlxalq və regional problemlərinə dair fikir mübadiləsi aparılacaq”, - məlumatda deyilir.
Kremlin mətbuat xidməti məlumatına əsasən, danışıqların yekunlarına dair bir sıra hökumətlərarası və idarələrəarası səsnədlərin imzalanması nəzərdə tutulur.
“Azərbaycanla Rusiya arasında mehriban qonşuluq və strateji tərəfdaşlığa əsaslanan əməkdaşlıq uğurla və dinamik inkişaf edir. İ.ƏIiyevin Rusiya Federasiyasına bu səfəri münasibətlərin inkişafına daha böyük təkan verəcək. Bütövlükdə, yüksək səviyyəli dialoq və səfərlər əlaqələrimizin inkişafında mühüm rol oynayır”, - XİN-in mətbuat katibi H.Hacıyev “İnterfaks-Azərbaycan” agentliyinə bəyan edib.
Onun sözlərinə görə, “qonşu dövlətlərlə mehriban qonşuluq münasibətləri və qarşılıqlı səmərəli əməkdaşlığın inkişafı” Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biridir. **