2018-ci ilin birinci yarısında Azərbaycanın strateji valyuta ehtiyatları iyunun 30-na 5,7% - $43 mlrd. 548,8 mln.-a qədər artıb.
“Cari ilin birinci yarısında ölkənin strateji valyuta ehtiyatları 5,7% və ya $2 mlrd. 360,8 mln. – $43 mlrd. 548,8 mln.-a qədər artıb”, - “İnterfaks-Azərbaycan” agentliyinə Hesablama Palatasından məlumat verilib.
Hesabat dövründə ARDNF-nin aktivləri 5,6%, AMB-nin ehtiyatları 6,7% artıb. **
A.Əzizov