2017-ci il iyunun 30-na Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) xaricdə daşınmaz əmlakın alınmasına investisiya qoyuluşları $2 mlrd. 251,1 mln. məbləğində qiymətləndirilir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Hesablama Palatasından məlumat verilib.
“30 iyun 2018-ci il tarixinə olna vəziyyətə görə, Neft Fondunun daşınmaz əmlak komplekslərinə investisiyaların ümumi miqdarı 2 mlrd. 251,1 mln. ABŞ dolları təşkil edib”, - Palatadan qeyd olunub.
Xəbər verildiyi kimi, 2017-ci ilin sonuna Fondun xaricdə daşınmaz əmlakın alınmasına yarırımları $1,9 mlrd. səviyyəsində qiymətləndirilib. Beləliklə, 2018-ci ilin yanvar-iyun ayları ərzində ARDNF-in xaricdə daşınmaz əmlaka ümumi investisiya qoyuluşları 18,4% artıb.
2018-ci ilin birinci yarısında “ARES”, “GreenOak” və “PAG Real Estate” tərəfindən idarə olunan daşınmaz əmlak fondlarına yatırımlar edilib, eləcə də “Gaw Capital” və “Capital Holding Sarl” ilə birlikdə müştərək investisiyalar həyata keçirilib.
Fond 2012-ci ildən başlayaraq London, Moskva, Paris, Milan, Seul və Tokioda daşınmaz əmlakın alınmasına, eləcə də PGIM Real Estate, AXA Investment Management, PAG Real Estate, E-Shang Redwood, Gaw Capital Partners, BlackStone Real Estate, Walton Street Capital və Blackrock Fund Managers Limited tərəfindən idarə olunan bir sıra daşınmaz əmlak fondlarına investisiya qoyub
Bundan başqa, ARDNF PGIM Real Estate, Blackrock Fund Managers Limited, Walton Street Capital və Gaw Capital Partners fondları ilə birlikdə bir sıra daşınmaz əmlak obyektlərinə investisiyalar yatırıb.**
N.Abbasova