2018-ci ilin I yarısında manat ABŞ dollarına qarşı 0.01% möhkəmlənib. Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) yanvar-iyun ayları üzrə Pul siyasəti icmalında deyilir.
“Hesabat dövründə manatın ABŞ dollarına qarşı orta günlük rəsmi məzənnəsi 1.7001 manat təşkil edib”, - deyə icmalda bildirilir.
I yarımillikdə manat ABŞ dollarına qarşı 0.01%, türk lirəsinə qarşı 17.3%, avroya qarşı 2.4%, İngiltərə funt sterlinqinə qarşı 2.5%, rus rubluna qarşı 8.1% möhkəmlənib.
Qeyd edək ki, 2017-ci ildə manat dollara qarşı 4% möhkəmlənib, 2016-cı ildə 13,6%, 2015-ci ildə 98,8% ucuzlaşıb.*
A.Əzizov