“Formula-1” üzrə dünya çempionatının təşkilatçıları 2019-cu ilin ilkin təqvimini dərc ediblər.
2019-cu il çempionatı martın 17-də Avstraliyada başlayacaq, dekabrın 1-də isə Abu-Dabidə başa çatacaq. Təqvim 21 mərhələdən ibarətdir. Yarışların bölgüsü demək olar ki, builki mövsümdə olduğu kimi qalıb.
Azərbaycan Qran-Prisi aprelin 28-də baş tutacaq. Bu, mövsümün 4-cü mərhələsi və 2019-cu il çempionatında Avropada ilk yarış olacaq.*
A.Əzizov