2018-ci ilin avqustunda sağlam və təmiz qida sahəsində dünya üzrə qlobal təşkilat olaraq fəaliyyət göstərən “Slow Food”un təşəbbüsü ilə “Azərbaycanda Böyük Qafqaz regionunun kənd ərazilərində dəyər zəncirinin yaradılmasının təkmilləşdirilməsi” adlı 3 illik layihəyə start verilib.
Layihə “Paşa Travel” şirkəti ilə əməkdaşlıq çərçivəsində Heyvanların müdafiəsi İctimai Birliyi və Azərbaycan Kənd Bələdiyyələrinin Milli Assosiasiyasının tərəfdaşlığı, Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Təhsil Nazirliyi və Dövlət Turizm Agentliyinin dəstəyi ilə həyata keçirilir.
İlkin olaraq “Slow Food” modelləri Şəki, Qəbələ, Şamaxı, İsmayıllı və Qax rayonları ərazisində tətbiq olunacaq.
Layihə aqro-biomüxtəliflik və mədəni irsin qorunması, yerli qastronomiyanın dəyərinin artırılması, əhalinin gəlirlərinin potensial davamlılığı ilə yanaşı, turistik məhsulların inkişafı kimi müxtəlif məsələləri əhatə edəcək.*
B.Rüstəmbəyov