2018-ci il sentyabrın 1-nə Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fondunda $54,8 mln.-dan artıq (cari məzənnə ilə) vəsait toplanıb. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti xəbər verir.
“1 sentyabr 2018-ci il tarixinədək Silahlı Qüvvələrə Yardım Fonduna 93 mln. 412 min 236,19 manat, 213 min 577,88 ABŞ dolları, 12,436 min avro və 5 min rubl vəsait daxil olub”, - deyə məlumatda bildirilir.
Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan prezidentinin 2002-ci il tarixli fərmanı ilə yaradılıb.*