Rusiya prezidenti Vladimir Putin Azərbaycanla strateji münasibətlərin inkişaf etdiyini və ikitərəfli əmtəə dövriyyəsinin artdığını qeyd edir.
"Bizim görüşlərimiz müntəzəm xarakter daşıyır. Bu, təbiidir. Bizim çox geniş qarşılıqlı əlaqələrimiz var, biz onu strateji tərəfdaşlıq adlandırırıq. Münasibətlər siyasi və iqtisadi xətt üzrə inkişaf edir”, - deyə o, sentyabrın 1-də Soçidə prezident İlham Əliyevlə görüşü zamanı bildirib.
V.Putinin sözlərinə görə, 2017-ci ildə ikitərəfli əmtəə dövriyyəsi 34% artıb.
Öz növbəsində, prezident İ.Əliyev qeyd edib ki, münasibətlər effektiv şəkildə inkişaf edir, əmtəə dövriyyəsinin artımı isə RF və Azərbaycan iqtisadiyyatında müsbət tendensiyaların olmasına dəlalət edir.
O hesab edir ki, iqtisadi əməkdaşlıq üçün böyük potensial var. "Əminəm ki, əmtəə dövriyyəsi növbəti illərdə də artacaq", - deyə Azərbaycan prezidenti qeyd edib.*