Sentyabrın 1-də Rusiya və Azərbaycan arasında ““Qoşadaş” blokunun və Xəzər dənizi təkinin Azərbaycan hissəsində yerləşən Abşeron yarımadasının dayazsulu şimal hissəsinin neft və qaz potensialının birgə öyrənilməsi haqqında” saziş imzalanıb.
Bundan başqa, “Rosneft” Neft Şirkəti Publik Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında kontrakt imzalanıb.
Sənədlər Soçidə Azərbaycan prezidenti İlham Əliyev və Rusiya Federasiyasının prezidenti Vladimir Putin arasında danışıqların yekunları üzrə imzalanıb.*