Prezident İlham Əliyev Rusiya ilə hərbi-texniki sahədə əməkdaşlığı inkişaf etdirmək niyyətində olduğunu deyib və yeni müqavilələrin imzalanacağına ümidvar olduğunu bildirib.
"Biz hərbi-texniki sahədə gələcək əməkdaşlığı müzakirə etdik. Bu əməkdaşlığın artıq böyük ənənələri var. Rusiya ilə Azərbaycan arasında reallaşdırılmış kontraktların həcmi, daha doğrusu, Azərbaycan tərəfindən Rusiyadan alınmış hərbi təyinatlı məhsulların dəyəri 5 milyard dolları keçir və bu göstərici artmağa meyillidir. Ona görə ki, Azərbaycan Silahlı Qüvvələrinin modernləşdirilməsini davam etdirir, Rusiya isə dünyada hərbi məhsulların ən mühüm istehsalçısı və beynəlxalq bazarların bu məhsullarla təchizatçısıdır”, - deyə prezident İ.Əliyev sentyabrın 1-də Soçidə Rusiya Federasiyasının prezidenti Vladimir Putinlə danışıqlardan sonra bildirib.*