Prezident İlham Əliyev Rusiya ilə neft-qaz sahəsində əməkdaşlığın inkişafı üçün yaxşı potensialın olduğunu bildirib.
"Bu, bizim əməkdaşlığımızın ənənəvi sahəsidir. Çox yaxşı potensial və perspektivlər var”, - deyə o, Soçidə Rusiya prezidenti Vladimir Putinlə görüşün yekunları üzrə bildirib.
Bununla əlaqədar prezident İ.Əliyev sentyabrın 1-də neft-qaz sahəsində əməkdaşlığa dair imzalanmış sənədlərin vacibliyini qeyd edib.*