Prezident İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Rusiyanın bundan sonra da fəal iştirak edəcəyinə ümidvar olduğunu deyib.
"Rusiya, münaqişənin nizamlanması ilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədri kimi tənzimləmə işində mühüm rol oynayır. Rusiya bizim qonşumuz, tarixi tərəfdaşımız və dostumuzdur. Biz ümid edirik ki, münaqişənin nizamlanmasında Rusiyanın səyləri davam edəcək”, - deyə o, Soçidə RF prezidenti Vladimir Putinlə görüşün yekunları üzrə bildirib.
V.Putin qeyd edib ki, Minsk qrupunun həmsədri kimi Rusiya bu münaqişənin sülh yolu ilə nizamlanmasına bütün mümkün köməyi göstərməkdə davam edəcək.*