Rusiya və Azərbaycan prezidentləri Vladimir Putin və İlham Əliyev Soçi görüşünün yekunları üzrə “Rusiya-Azərbaycan əməkdaşlığının başlıca istiqamətlərinin inkişafı üzrə Fəaliyyət Planı” imzalayıblar.
“Əməkdaşlığın əsas istiqamətlərinin inkişafı üzrə Fəaliyyət Planını qeyd edirəm. Bu proqram sənədə ticarətin və qarşılıqlı sərmayələrin artırılması, nəqliyyat marşrutlarının yaradılması, eləcə də humanitar qarşılıqlı fəaliyyətin, o cümlədən mədəni və turizm mübadilələrinin genişləndirilməsi kimi mühüm məsələlər üzrə belə adlandırılan yol xəritələri daxildir”, - deyə V.Putin sənədin imzalanma mərasimindən sonra jurnalistlərə bildirib.
Plana 5 “yol xəritəsi” daxildir.*