Prezident İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VI Sammitində iştirak etmək üçün sentyabrın 2-də Qırğız Respublikasına səfərə gəlib.
“Çolpon-Ata şəhərinin İssuk-Kul beynəlxalq hava limanında prezident İ.Əliyevi Qırğız Respublikası baş nazirinin birinci müavini Kubatbek Boronov və İssık-Kul vilayətinin qubernatoru Akılbek Osmonaliyev qarşıladılar”, - deyə dövlət başçısının saytında məlumat verilir.*