Sentyabrın 3-də Qırğız Respublikasının Çolpon-Ata şəhərindəki Çingiz Aytmatov adına “Rux Ordo” Mədəniyyət Mərkəzində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) VI Sammiti işə başlayıb. Bu barədə Azərbaycan prezidentinin saytında məlumat verilir.
Prezident İlham Əliyev sammitdə iştirak edir.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının üzvləri Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistandır (2018-ci ilin aprel ayının sonundan etibarən). Türkmənistan təşkilatda müşahidəçi statusuna malikdir. 2009-cu ildə yaradılan təşkilatın məqsədi üzv dövlətlər arasında hərtərəfli əməkdaşlığın inkişaf etdirilməsindən ibarətdir.*