2017-ci ilin yekunları üzrə “Azərsu” ASC-nin (Azərbaycanın milli su operatoru) xalis zərəri 508,35 mln. manat təşkil edib ki, bu da 2016-cı ilin göstəricisindən 17,1% azdır.
“Azərsu”nun saytında dərc edilmiş 2017-ci il üzrə birləşdirilmiş hesabatda bildirilir ki, hesabat ilində abonentlərə xidmət göstərilməsindən 165,745 mln. manat (artım 3,7%) gəlir əldə edilib. Bununla bərabər, ASC 2017-ci ildə göstərilən xidmətlərin maya dəyərini 1,3% - 85,727 mln. manata qədər artırıb.
Ötən il ASC-nin əməliyyat zərəri 504,614 mln. manat (azalma 17,5%) təşkil edib.
Hesabata əsasən, 2017-ci ildə “Azərsu”nun aktivləri 14,1% - 694,439 mln. manatadək, uzunmüddətli aktivləri 9,3% - 614,745 mln. manatadək, qısamüddətli aktivləri 73,2% - 79,694 mln. manata qədər artırıb.
Hesabat ilində ASC-nin öhdəlikləri 22,1% - 775,799 mln. manata qədər azalıb.
2017-ci ilin yekunları üzrə “Azərsu” ASC-nin kapitalının mənfi qiyməti 2016-cı ilin sonuna 361,78 mln. manata qarşı 61,36 mln. manat təşkil edib. 2017-ci ildə ASC-nin yığılmış zərərləri 9,4% - 5 mlrd. 904,502 mln. manata qədər artıb. Qeyd olunan dövrdə cəmiyyətin nizamnamə kapitalı 400 mln. manat səviyyəsində qalıb. **
A.Əzizov