2018-ci ilin yanvar-avqust aylarında manat ABŞ dollarına qarşı 0.01% möhkəmlənib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyi Azərbaycan Mərkəzi Bankının (AMB) məlumaına istinadən bildirir.
Cari ilin avqust ayında manatın ABŞ dollarına qarşı orta rəsmi məzənnəsi 1,7 manat təşkil edib ki, bu da iyul ayının göstəricisinə uyğundur.
Yanvar-avqust aylarında manat avroya qarşı 2,2%, avqustda 0,3% möhkəmlənib, iyulda 0,53% ucuzlaşıb.
2017-ci ildə manat dollara qarşı 4% möhkəmlənib, avroya nisbətən 8,9% ucuzlaşıb.
2016-cı ildə manat dollara qarşı 13,6%, avroya nisbətən 19,5% ucuzlaşıb.*
A.Əzizov