2017-ci ildə SOCAR şirkətinin (ARDNŞ) yataqlarından neft hasilatının maya dəyəri 2016-cı ilin göstəricisi ilə müqayisədə bir ton üçün 13,9% - 111,42 manatadək artıb. Bu barədə SOCAR-ın saytında dərc olunan 2017-cı il ərzində fəaliyyətinə dair hesabatında deyilir.
“2017-ci ildə bir ton neftin maya dəyərinin artımı bir il öncə göstərici ilə müqayisədə əmək haqqının payının 6,4%, sosial sığorta üçün ayırmaların 7,4%, əsaslı və texniki təmirə xərclərin 2,2 dəfə, həmçinin digər xidmətlərin 40,5%, digər xərclərin 13,6% və digər vergilərin artımı ilə şərtlənir”, - sənəddə qeyd olunur.
Bir ton neftin maya dəyəri strukturunda əmək haqqının payı 14,5%, sosial sığorta üçün ayırmalar 2,9%, amortizasiya ayırmaları 17,2%, materiallara xərclər 3,1%, təmir işlərinə xərclər 6,9%, əsas vəsaitlərə texniki xidmət 12,1%, nəqliyyat xərcləri 16,4%, mədən vergisi 8,9% və s. təşkil edir.
Hesabata əsasən, 2017-ci ildə SOCAR şirkəti üzrə hasilatın həcmi 7 mln. 427,1 min ton təşkil edib, bu da 2016-cı ilin göxtəricisindən 1,3% azdır. Eyni zamanda, 6 mln. 169,9 min ton neft “Azneft” İB (azalma 1,1%), 46,6 min ton - quru yataqların işlənməsi ilə məşğul olan birgə müəssisələr və əməliyyat şirkətlərinin payına düşüb (azalma 2,9%) **.
N.Abbasova