2018-ci ilin yanvar-iyul aylarında əhalinin bank əmanətləri (fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin vəsaitləri daxil olmaqla) 6,4% - 8 mlrd. 49,5 mln. manatadək artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
Cari ilin 7 ayı ərzində əhalinin xarici valyutada əmanətləri 0,3% - 5 mlrd. 15,6 mln. manatadək və ya bütün əmanətlərin 62,3%-i səviyyəsində azalıb (2017-ci ilin yekunları üzrə xarici valyutada əmanətlərin xüsusi çəkisi 66,5% təşkil edib).
2018-ci ilin yanvar-iyul aylarında əhalinin milli valyutada əmanətlərinin həcmi 19,8% - 3 mlrd. 33,9 mln. manatadək (bütün əmanətlərin 37,7%-i) artıb.
31 iyul 2018-ci il tarixinə rezidentlərin bank əmanətlərinin həcmi 7 mlrd. 334,7 mln. manat, qeyri-rezidentlərin - 714,8 mln. manat təşkil edir. Yanvar-iyul ayları ərzində rezidentlərin əmanətlərinin həcmi 7,6% artıb, qeyri-rezidentlərin əmanətlərinin həcmi isə 4,1% azalıb.
2018-ci il avqustun 1-nə banklarda əmanət və depozitlərin həcmi 20 mlrd. 491,2 mln. manat təşkil edir ki, bu da 2017-ci ilin sonuna olan göstəricidən 0,5% azdır.*
A.Əzizov