Azərbaycan prezidenti İlham Əliyev qırğız həmkarı Sooronbay Jeenbekovu Azərbaycana rəsmi səfərə dəvət edib. Bu barədə Qırğızıstan liderinin saytı məlumat verir.
Bazar ertəsi Qırğızıstanın Çolpon-Ata şəhərindəİ.Əliyev ilə S.Jeenbekov arasında görüş keçirilib. Azərbaycan prezidenti Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Sammitində iştirak məqsədilə Qırğızıstanda səfərdədir.
“İ.Əliyev S.Jeenbekovu Azərbaycana rəsmi səfərə dəvət edib. Öz növbəsində, S.Jeenbekov da İ.Əliyevi Qırğızıstana rəsmi səfərə dəvət etdi. O vurğulayıb ki, bu səfər iki ölkə arasında əməkdaşlığın gələcəkdə möhkəmlənməsi istiqamətində mühüm addım olacaq”, - məlumatda qeyd olunur.
“Qırğızıstanla əməkdaşlığa böyük önəm verirəm. Biz bütün istiqamətlər üzrə əməkdaşlığı inkişaf etdirmək niyyətindəyik. Siyasi, iqtisadi əlaqələr, nəqliyyat sahəsində çox yaxşı imkanlar açılır”, - məlumatda İ.Əliyevin sözlərindən sitat gətirilir.
Azərbaycan lideri qeyd edib ki, görüş gələcəkdə uğurla inkişaf edəcək “münasibətlərə yeni təkan verəcək”.
Həmçinin, Azərbaycan prezidenti bildirib ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Sammiti “birlik və əməkdaşlığımız təsdiq edən vacib tədbirdir, görüş ikitərəfli münasibətlərin müzakirəsi üçün çox yaxşı imkandır”.
Öz növbəsində, S.Jeenbekov vurğulayıb ki, Qırğızıstan qarşılıqlı etimad və hörmət əsasında qurulan qardaşlıq münasibətlərin gələcəkdə inkişafına böyük önəm verir.
“Biz bütün aspektlər üzrə dostlarla açıq və məzmunlu söhbətə hazırıq. Azərbaycan Demokratik Respublikasının 100 illiyi münasibətilə ilə sizi səmimi qəlbdən təbrik edirəm”, - S.Jeenbekov görüş əsnasında bəyan edib.
Dövlət başçıları Qırğızıstanla Azərbaycan arasında əməkdaşlığa dair aktual məsələləri, əldə olunan razılıqların praktiki icrasını və ikitərəfli əlaqələrin gələcək inkişaf perspektivlərini müzakirə ediblər. **
F.İsazadə