Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) növbəti sammiti Azərbaycanda keçiriləcək. Bu barədə təşkilatın baş katibi Bağdad Amreyev bu gün jurnalistlərə açıqlamasında bildirib.
"Özbəkistan TDƏŞ-nin üzvü olmasa da, bir neçə ildir sammitlərdə iştirak edir. Özbəkistanın üzvlüyü yaxın zamanlarda rəsmiləşdiriləcək, bunun üçün hər cür əsas var", - deyə o, Çolpon-Ata şəhərində keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VI Sammitinin yekunları üzrə qeyd edib.
Növbəti sammitin Azərbaycanda keçiriləcəyini deyən baş katib onun keçirilmə tarixi barədə məlumat verməyib.
Onun sözlərinə görə, sammitin yekunları üzrə Şuranın üzvü olan ölkələr arasında əməkdaşlığın inkişafına dair bir neçə sənəd imzalanıb.*