2018-ci ilin yanvar-iyul aylarında Azərbaycana gələn xarici vətəndaşlar bank kartları vasitəsi ilə 746,7 mln. manatlıq əməliyyat aparıblar. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında deyilir.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə əməliyyatların dəyəri 23,8% artıb.
Cari ilin iyul ayında ölkəmizə gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatları 126,3 mln. manat təşkil edib və ötən ilin iyul ayı ilə müqayisədə 31,9% artıb.
Xəbər verildiy kimi, 2018-ci ilin yanvar-iyul aylarında Azərbaycana dünyanın 191 ölkəsindən 1 mln. 655 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Gələnlərin 31,5%-i Rusiya Federasiyası, 19,8%-i Gürcüstan, 10%-i İran, 10,3%-i Türkiyə, 2,4%-i Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşları olub.
Bu dövrdə MDB ölkələrindən gələnlərin sayı 614,2 min nəfər olub.**
B.Rüstəmbəyov