Yaponiya Azərbaycan iqtisadiyyatına $7 mlrd. yaxın investisiya yatırıb. Bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev məlumat verib.
“Yaponiya Azərbaycan iqtisadiyyatına 7 mlrd. ABŞ dollarına yaxın investisiya yatırıb ki, bunun 100 mln. dollardan çoxu qeyri-neft sənayesinə yönəldilib”, - Ş.Mustafayev Yaponiya Beynəlxalq Əməkdaşlıq Bankının icraçı direktoru Kazuhiko Tanaka ilə görüşü zamanı bildirib.
Ş.Mustafayevin sözlərinə görə, Azərbaycanda ticarət, xidmət, kənd təsərrüfatı, tikinti, sənaye sahələrində 30 yapon şirkəti fəaliyyət göstərir.
Nazir qeyd edib ki, qeyri-neft sektorunun inkişafının Azərbaycan iqtisadiyyatının prioritet istiqamətidir. Ş.Mustafayev bu sahədə əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanların olduğunu bildirib.
O əlavə edib ki, Yaponiyanın Beynəlxalq Əməkdaşlıq Bankı 1996-cı ildən Azərbaycanla əməkdaşlıq edir, bir sıra layihələrə uzunmüddətli kredit ayırır. Həmçinin bankın Türkiyədə “STAR" neft emalı kompleksinin tikintisi layihəsinə maliyyə ayırdığını vurğulayıb. **
B.Rüstəmbəyov