1 avqust 2018-ci il tarixinə Azərbaycanda banklar tərəfindən 2,47 min ədəd bankomat quraşdırılıb ki, bu da 2017-ci ilin sonuna olan göstəricidən 1,6% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
Avqustun 1-nə Bakıda 1,334 min (artım 2%), bölgələrdə 1,136 min ədəd (artım 1,1%) bankomat quraşdırılıb.
2018-ci il avqustun 1-nə respublika ərazisində ticarət və xidmət obyektlərində quraşdırılan pos-terminalların sayı 65,706 min ədəd təşkil edib ki, bu da ötən ilin sonuna olan göstəricidən 0,3% çoxdur.
Bununla yanaşı, Bakıda 38,394 min ədəd (artım 3,6%), regionlarda 27,312 min ədəd (azalma 3,9%) pos-terminal mövcuddur.
Pərakəndə ticarət obyektlərində 64,404 min ədəd pos-terminal və ya bütün pos-terminalların 98%-i quraşdırılıb.*
B.Rüstəmbəyov