Rusiyalı politoloq Sergey Markov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Rusiyanın tərtib etdiyi “Kazan formulu” əsasında həllini zəruri hesab edir.
“Kazan formulu” ilə “Madrid prinsipləri” arasında fərq və ya ziddiyyət yoxdur. Formul münaqişənin həlli məsələsində məhz Madrid prionsiplərinə əsaslanır və ondan irəli gəlir”, - S.Markov bu gün mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, formul Azərbaycanla Ermənistan arasında müəyyən mübadiləni nəzərdə tutur. “Bu, Ermənistan və Dağlıq Qarabağın blokadasının aradan qaldırlmasına cavab olaraq Dağlıq Qarabağ ətrafında rayonların Azərbaycana qaytarılmasıdır, o cümlədən, iki - Laçın və Kəlbəcər dəhlizlərinin yaradılması, sonra isə Dağlıq Qarabağın statusuna dair məsələninn həll olunmasıdır”, - politoloq qeyd edib.
S.Markov bidlirib ki, Dağlıq Qarabağın statusunun müəyyən edilməsinə dair referendumun keçirilməsi əhalinin səsvermə prosesində iştirakına əsaslanır. “Ermənistan bunu hazırki status-kvo şəraitində keçirmək və zəmanət kimi Qarabağın statusunu qeydə almaq istəyir. Təbii ki, Azərbaycan bu cür yanaşma ilə məlum səbəblərdən razı deyil. Bakı yalnız qaçqınların Dağlıq Qarabağda öz yurdlarına qayıtdıqdan sonra referendumun keçirilməsində təkid edir. Moskva isə, Bakı və İrəvan arasında artıq razılıq əldə olunan maddələrə dair sənədin imzalanmasını təklif edir. Rusiya tərəflərin razılığa gələ bilmədiyi məsələlərin müzakirəsini təxirə salmağı təklif edir”, - politoloq vurğulayıb.
S.Markov hesab edir ki, “Kazan formulu”nun icrası müddətini müəyyən etməmək yaxşı olardı, çünki “bu, arzuolunmaz nəticələrə səbəb ola bilər”. **
F.İsazadə