Xarici İşlər Nazirliyinin (XİN) Dövlət protokolu idarəsinin rəisi, səfir Pərvin Mirzəzadə çərşənbə axşamı Türkiyə Cümhuriyyətinin Gəncə şəhərinə təyin edilmiş yeni baş konsulu Zəki Öztürkü qəbul edib. Bu barədə XİN-in mətbuat xidmətindən məlumat verilib.
“Z.Öztürk baş konsul təyinatı ilə əlaqədar patent sənədini P.Mirzəzadəyə təqdim edib”, - məlumatda deyilir.
P.Mirzəzadə həmsöhbətinə gələcək fəaliyyətində uğurlar arzu edib. **
F.İsazadə