Tikinti materiallarının istehsalı ilə məşğul olan 15-ə yaxın Azərbaycan şirkəti öz məhsullarını Almatı şəhərində keçirilən “Kazbuild 2018” sərgisində təqdim edib. Bu barədə İqtisadiyyat Nazirliyinin məlumatında deyilir.
“Sentyabrın 4-də Qazaxıstanın Almatı şəhərində “Kazbuild 2018” inşaat və tikinti malları sərgisi açılıb. Sərgidə İqtisadiyyat Nazirliyinin dəstəyi və AZPROMO-nun təşkilatçılığı ilə “Made in Azerbaijan” vahid ölkə stendində Azərbaycanın 14 şirkətinin istehsal etdiyi tikinti materialları nümayiş olunur”, - deyə məlumatda bildirilir.
Bu sərgi Azərbaycanın tikinti materiallarının “Made in Azerbaijan” vahid ölkə stendi ilə təqdim olunduğu ilk beynəlxalq sərgidir.*
B.Rüstəmbəyov