“Azərbaycan Dəmir Yolları” (ADY) QSC Fransanın "Alstom” şirkətinin istehsalı olan sərnişin lokomotiviniuğurla sınaqdan keçirib. Bu barədə cəmiyyətin məlumatında deyilir.
ADY-nin sədri Cavid Qurbanovsentyabrın 4-də “Alstom” şirkətinin Yaxın Şərq və Afrika üzrə baş regional vitse-prezidenti Didier Pflegerlə görüşüb.
Görüşdə cari layihə planlamaları və “ADY” QSC-yə 50 ədəd lokomotivin çatdırılması işləri, “Alstom” şirkəti tərəfindən qısamüddətli və uzunmüddətli strategiya əsasında texniki xidmət dəstəyi və Bakı-Böyük Kəsik istiqamətində işarəvermə layihəsinin tamamlanması məsələləri ətrafında müzakirələr aparılıb.
C.Qurbanov bildirib ki, bu günlərdə yeni iki sistemli sərnişin lokomotivinindəmir yolunun Puta-Qaradağ mənzilində saatda 159 km sürətlə uğurlu sınaq yürüşü keçirilib.
“Bu lokomotiv beynəlxalq standartlara uyğun sərnişin daşıma xidmətinin həyat keçirilməsini təmin edəcək və sərnişinlər mənzil başına daha tez və təhlükəsiz şəraitdə çatacaq”, - deyə məlumatda qeyd olunur.
D.Pfleger isə bildirib ki, “Alstom” şirkətinin Qərbi və Mərkəzi Asiya, Qafqaz, İran və İraq regionunun mərkəzi artıq Bakıya köçürülüb. “Bu, Azərbaycanda apardığımız işləri gücləndirməyə və Azərbaycan Dəmir Yolları ilə bağlı olan layihələrimizə bundan sonra daha çox diqqət yönəltməyə kömək edəcək”, - deyə o vurğulayıb.
Məlumata görə, görüşdə ikitərəfli əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi qərara alınıb.*
N.Abbasova