ABŞ prezidenti Donald Tramp ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə Örl Litsenbergerin (Earle D.Litzenberger) namizədliyini irəli sürüb. Bu barədə Ağ Evin məlumatında deyilir.
Ö.Litsenberger hazırda ABŞ Dövlət Departamentinin Hərbi-Siyasi Məsələlər Bürosunda baş müşavirdir.
O, Alman Marşal Fondunda baş elmi işçi, ABŞ-ın NATO-dakı missiyası rəhbərinin müavini, NATO-nun Əfqanıstan üzrə ali mülki nümayəndəsinin müavini, ABŞ-ın Serbiyadakı səfirliyini missiya rəhbərinin müavini, ABŞ-ın Qırğızıstandakı səfirliyinin missiya rəhbərinin müavini vəzifələrində çalışıb.
E.Litzenberger fransız, rus, serb və bolqar dillərini bilir.
ABŞ-ın Azərbaycanda səfiri olmuş Robert Sekutanın diplomatik missiyası bu ilin mart ayında başa çatıb.*
A.Əzizov