Nazirlər Kabineti 2018-ci il sentyabrın 5-dən kartofun ölkəyə idxal gömrük rüsumu dərəcəsinin malın gömrük dəyərinin 15%-dən 30%-dək artırılmasını təsdiq edib.
Nazirlər Kabinetinin müvafiq sərəncamı bu gün rəsmi mətbuatda dərc olunub. Qərarın təşəbbüskarı Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi və Dövlət Gömrük Komitəsidir.
Qərara əsasən, sentyabrın 5-dən 0701 90 500 0 (təzə kartof, yanvarın 1-dən iyunun 30-dək) və 0701 90 900 0 (sair) kodları üzrə malların idxalına görə gömrük dəyərinin 30%-i həcmində rüsum tutulacaq.
Bu qərar 2018-ci il oktyabrın 31-dək qüvvədədir.*
A.Əzizov