Ukrayna Milli Polisi sədrinin birinci müavini Vyvçeslav Abroskin və Türkiyə Milli Polisinin sədri Cəlal Uzulkay arasında keçirilən görüşdə digər ölkələrlə “qanuni oğru”larla mübarizə üçün dövlətlərarası əlaqə qrupunun yaradılması barədə razılıq əldə olunub. Bu barədə Ukrayna Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
"Əlaqə qrupu (mütəşəkkil cinayətkarlıqla mübarizə üçün – İF) 4 ölkə - Ukrayna, Türkiyə, Azərbaycan və Gürcüstan arasında yaradılacaq", – deyə çərşənbə axşamı nazirliyin saytında yerləşdirilən məlumatda bildirilir.*