Sentyabrda Nyu-Yorkda GUAM-Yaponiya Nazirlər Şurasının iclası keçiriləcək. Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.
“Bu gün görüşdə (Yaponiya XİN başçısı Taro Kono ilə - İF) GUAM-Yaponiya əməkdaşlıq məsələlərini müzakirə etdik. BMT Baş Assambleyası çərçivəsində (sentyabrda Nyu-Yorkda - İF) GUAM-Yaponiya Nazirlər Şurasının iclası keçiriləcək”, - E.Məmmədyarov bu gün mətbuat konfransında bildirib.
T.Kono öz növbəsində vurğulayıb ki, rəsmi Tokio Azərbaycanı “Cənubi Qafqazda əsas tərəfdaş” hesab edir. “2017-ci ildə AÇG blokunun işlənməsinə dair müqavilənin uzadılması (layihədə Yaponiyanın Inpex Corp. (9,31%) və ITOCHU Oil (3,65%) pay sahibləridir – İF) məmnunluq hissi doğurur. Bu, ölkələrimiz arasında münasibətlərin möhkəmlənməsinə xidmət edəcək”, - yaponiyalı nazir qeyd edib. **
F.İsazadə