Azərbaycan bu ilin sonunadək Rusiyada şəhərində Ticarət və Şərab evləri açmağı planlaşdırır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə iqtisadiyyat naziri Şahin Mustafayev məlumat verib.
“2018-ci ildə Rusiyanın Yekaterinburq şəhərində Azərbaycan Ticarət Evinin, Moskva və Sankt-Peterburq şəhərlərində isə Azərbaycan Şərab evlərinin açılması planlaşdırılır”, - deyə o bildirib.
Nazirin sözlərinə görə, bu ilin mayında Həştərxanda Azərbaycan İş Mərkəzi açılıb. 2018-ci ilin sonunadək İş Mərkəzində şərab və çay evləri fəaliyyətə başlayacaq.
Ş.Mustafayev qeyd edib ki, 2017-ci ildə Azərbaycandan Rusiyaya meyvə-tərəvəz ixracı artırıb. Bu ildə də artım meyili davam edir. Belə ki, 2018-ci ilin birinci yarısında meyvə ixracında 70,6 faiz, tərəvəz ixracında isə 10,3 faiz artıma nail olunub.
O əlavə edib ki, indiyədək 20-dən çox Azərbaycan müəssisəsi Rusiya Federasiyası Kənd Təsərrüfatı Nazirliyi yanında Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətin reyestrinə daxil edilib və həmin müəssisələrə istehsal etdikləri ət və süd məhsullarının maneəsiz olaraq Rusiyaya ixrac edilməsinə razılıq verilib.*
B.Rüstəmbəyov