2018-ci ilin yanvar-avqust aylarında Ukrayna neft və neft xammalı idxalını 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 14,6% - 522,603 min tonadək azaldıb.
Dövlət Fiskal Xidmətinin məlumatına görə, $288,708 mln. məbləğində neft idxal olunub ki, bu da ötən ilin yanvar-avqust ayları ilə müqayisədə 12,9% çoxdur. Azərbaycandan $273,989 mln., Əlcəzairdən $7,176 mln., İrandan $5,094 mln., digər ölkələrdən isə $2,448 mln. dəyərində xammal daxil olub.
Hesabat dövründə Ukrayna neft və neft xammalı ixrac etməyib.*