İkinci dövlətlərarası “Yaşma-Dərbənd” elektrik verilişi xəttinin tikintisiAzərbaycanla Rusiya arasında elektrik verilişi gücünü 600 mVt-dək artırmağa imkan yaradacaq. Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev belə hesab edir.
“ikinci dövlətlərarası “Yaşma-Dərbənd” elektrik verilişi xəttinin tikintisimövcud elektrik verilişi gücünü 600 mVt-dək artırmağa imkan yaradacaq. Bu, Rusiya-Azərbaycan-İran enerji dəhlizinin inkişafına töhfə verməklə, Azərbaycan və Rusiyanın enerji təhlükəsizliyinə xidmət edəcək”, - Ş.Musatafev “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
Nazir qeyd edib ki, sentyabrəın 1-də Soçidə Azərbaycan və Rusiya preizdentlərinin görüşü zamanı iki ölkənin enerji sisteminin paralel rejimdə fəaliyyəti müzakirə olunub.
“Eyni zamanda, xüsisilə 330 kVt-luq ikinci dövlətlərarası “Yaşma-Dərbənd” elektrik verilişi xəttinin tikintisi məsələsi müzakirə olunub”, - o qeyd edib.
Nazir əlavə edib ki, Azərbaycan “enerji sahəsində Rusiya ilə əməkdaşlığa xüsusi önəm verir”. **
N.Abbasova