Rumıniyanın baş naziri Viorika Dançila yaxın zamanda Azərbaycana səfər edəcək.
“Rumıniyanın baş naziri Viorika Dançilanın Azərbaycana səfərinin qısa müddət ərzində həyata keçirilməsi nəzərdə tutulur”, - Azərbayucan XİN-in mətbuat xidmətindən məlumat verilir.
Cari ilin 3-5 sentyabr tarixlərində Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov Buxarestdə Rumıniya baş nazirinin Strateji Tərəfdaşlığın həyata keçirilməsi üzrə müavini Ana Birçal, xarici işlər naziri Teodor Meleşkanu ilə görüşlər keçirilmiş və nazir müavini Danuts Sebastian Nekulaesku ilə Azərbaycan və Rumıniya Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr aparıb”, - məlumatda deyilir.
O cümlədən, Buxarest-Bakı istiqamətində uçuşların həyata keçirilməsi məsələsi də müzakirə edilib.
“Siyasi məsləhətləşmələr zamanı iqtisadi əməkdaşlığın genişləndirilməsinin vacibliyi bildirilib, Qara Dəniz-Xəzər Dənizi Beynəlxalq Nəqliyyat Dəhlizi layihəsi və Rumıniyanın TAROM şirkəti tərəfindən Buxarest-Bakı istiqamətində uçuşların həyata keçirilməsi məsələləri də müzakirə edilib”, - məlumatda qeyd olunur.
019-cu ilin ilk yarısında Rumıniyanın Aİ Şurasında sədrliyinin Aİ-Azərbaycan əlaqələrinin dərinləşməsi və möhkəmlənməsi nöqteyi nəzərindən faydalı olacağı ifadə olun
Eyni zamanda, görüşlər zamanı iqtisadi əlaqələr müzakirə edilmiş, qeyri-neft sektoru, kənd təsərrüfatı, infrastruktur, informasiya texnologiyaları, turizm, humanitar və bu kimi digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün zəruri işlərin həyata keçirilməsinin vacibliyi bildirildi.
“Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunulub, münaqişənin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü əsasında həll olunmasının Rumıniya tərəfindən həmişə dəstəklənəcəyi vurğulandı”, - məlumatda deyilir. **
F.İsazadə