2018-ci il iyulun sonuna Cənub Qaz Dəhlizinin yaradılması layihəsinə “Cənub Qaz Dəhlizi” QSC-nin xərcləri $9,3 mlrd. təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə QSC-dən məlumat verilib.
“2020-ci ilə qədər “CQD”-nin bu layihə üzrə ümuni xərclərinin həcmi $11,5 mlrd. səviyyəsində qiymətləndirilir. İyulun sonuna CQD layihənin icrasına artıq $9,3 mlrd. həcmində sərmayə yatırıb”, - şirkətdən qeyd ediblər.
Şirkətin məlumatına görə, iyulun sonuna “Şahdəniz” yatağının işlənməsi üzrə “Mərhələ-2” layihəsinin reallaşdırılmasına ümumi xərclər $18 mlrd. (layihənin dəyəri $22,7 mlrd. təşkil edir), Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) genişləndirilməsinə - $4,2 mlrd. (layihənin dəyəri $4,5 təşkil edir), TANAP qaz kəmərinin tikintisinə - $5,6 mlrd. (dəyəri - $8 mlrd.), TAP-ın tikintisinə - 3,1 mlrd. avro (dəyəri - 4,5 mlrd. avro) təşkil edib.
Eyni zamanda, oyulun sonuna Cənub Qaz Dəhlizinin yaradılması layihəsi çərçivəsində “Şahdəniz” yatağının işlənməsi üzrə “Mərhələ-2” layihəsinin reallaşdırılması üzrə işlərin 91,2%-i, həmçinin CQBK-nin genişləndirilməsi üzrə işlərin 98,8%-i, TANAP üzrə işlərin 96,3%-i, TAP üzrə işlərin 77,7%-i yekunlaşıb. **
N.Abbasova