Ukraynanın Yuri Kondratyuk adınaPoltava Milli TexnikiUniversiteti və Azərbaycan DövlətNeft və Sənaye Universiteti arasında bakalavrpilləsiüzrə ikili diplomlar proqramına dair saziş imzalanıb.
“Sənədi sentyabrın 5-də iki ali məktəbin rektorları Vladimir Onişenko və Mustafa Babanlı imzaladılar”, - “İnterfaks-Azərbaycan” agentliyinə Ukraynanın Bakıdakı səfirliyindən məlumat verilib.
Bundan başqa, V.Onişenko və M.Babanlı Poltava Milli TexnikiUniversitetində Ukrayna-Azərbaycan Mədəniyyət Mərkəzinin açılışında iştirak ediblər. **
F.İsazadə