31 iyul 2018-ci il tarixinə olan vəziyyətə görə, "Cənub Qaz Dəhlizi" QSC Cənub Qaz Dəhlizi (CQD) layihəsindəki payını maliyyələşdirmək üçün $10 mlrd. 174,5 mln. məbləğində kredit cəlb edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə cəmiyyətdən məlumat verilib.
CQD layihəsi çərçivəsində 2020-ci ilədək "Cənub Qaz Dəhlizi" QSC-nin payına düşən xərclərin ümumi həcmi $11,5 mlrd. məbləğində qiymətləndirilir.
"31 iyul 2018-ci il tarixinə olan vəziyyətə görə, "Cənub Qaz Dəhlizi" QSC CQD layihəsindəki payını maliyyələşdirmək üçün $10 mlrd. 174,5 mln. məbləğində kredit cəlb edib. Bunun $2,5 mlrd.-ı QSC-nin istiqrazlarının buraxılması (istiqrazlar Azərbaycan Dövlət Neft Fondu tərəfindən əldə edilib) $2,4 mlrd.-ı CQD-nin nizamnamə kapitalının artırılması, daha $2 mlrd.-ı isə 2016-2017-ci illərdə CQD-nin avrobondlarının emissiyası (hər biri $1 mlrd. - İF) hesabına cəlb olunub", - deyə məlumatda bildirilir.
Azərbaycanın layihədəki payının maliyyələşdirilməsi üçün beynəlxalq maliyyə institutlarından ümumilikdə $3 mlrd. 274,5 mln.: Beynəlxalq Yenidənqurma və İnkişaf Bankından $0,4 mlrd., Asiya İnfrastruktur İnvestisiya Bankından $0,6 mlrd., Avropa Yenidənqurma və İnkişaf Bankından $0,5 mlrd., Asiya İnkişaf Bankından (AİB) $0,5 mlrd. məbləğində kredit və AİB-in zəmanəti ilə $524,5 mln. məbləğində sindikatlaşdırılmış kredit cəlb edilib.
Bundan başqa, daha $0,75 mlrd. Dünya Bankı Qrupuna daxil olan Çoxtərəfli İnvestisiyalar üzrə Zəmanət Agentliyinin (MIGA) zəmanəti ilə cəlb edilib.*
N.Abbasova