“VTB Bank (Azerbaijan)” ASC Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) ilə əməkdaşlıq müqaviləsi imzalayıb. Bu barədə bankdan məlumat verilib.
“Bank MİDA ilə əməkdaşlıq müqaviləsinin imzalanması nəticəsində (Agentliyin komplekslərində - İF) mənzillərin güzəştli ipoteka kreditləri ilə verilməsinə başlayıb”, - məlumatda deyilir.
“VTB Bank (Azerbaijan)” MİDA ilə əməkdaşlıq müqaviləsi imzalayan beşinci bank oldu.
Agentliyə aid daşınmaz əmlakı10% ilkin ödənişlə, illik 4%, 30 il müddətinədək güzəştli ipoteka krediti vasitəsilə əldə etmək mümkündür. **
N.Abbasova