Azərbaycan və Xorvatiya arasında əməkdaşlığın genişləndirilməsinə dair sənədlər paketi imzalanıb.
Azərbaycan prezidentinin saytında verilən məlumata görə, bu gün geniş tərkibdə görüş başa çatdıqdan sonra prezident İlham Əliyevin və Xorvatiya prezidenti Kolinda Qrabar-Kitaroviçin iştirakı ilə Azərbaycan-Xorvatiya sənədlərinin imzalanması mərasimi olub.
“Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Xorvatiya Respublikasının Kənd Təsərrüfatı Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu” və “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə Xorvatiya Respublikasının Mədəniyyət Nazirliyi arasında 2018-ci, 2019-cu və 2020-ci illər üzrə mədəni əməkdaşlığa dair Proqram” imzalanıb.*
A.Əzizov