Qırğızıstan və Azərbaycanın Hesablama palataları ikitərəfli əməkdaşlığa dair saziş imzalayıb.
"Sənədi sentyabrın 5-də Moskvada hər iki ölkənin ali audit orqanlarının rəhbərləri Ulukbek Maripov və Vüqar Gülməmmədov imzalayıblar", - deyə Qırğızıstan Hesablama Palatasının mətbuat xidmətindən məlumat verilib.
Görüşdə U.Maripov vurğulayıb ki, Qırğızıstan Hesablama Palatası Azərbaycan Hesablama Palatası ilə ikitərəfli əməkdaşlığın qurulması və inkişafına xüsusi diqqət ayırır. "Bu gün biz idarələrimiz arasında ikitərəfli əməkdaşlığa dair ilk sazişi imzalayacağıq. Hər iki idarənin əməkdaşlarının sonuncu dəfə Bişkəkdə keçirilmiş görüşündən bu günədək sənədin hazırlanması istiqamətində böyük iş görülüb. Biz çox şadıq ki, qarşılıqlı əməkdaşlıq, təcrübə mübadiləsi və dostluq üçün yeni körpü qurmağa başlayacağıq”, - deyə o bildirib.
U.Maripov sazişdə əks olunmuş normaların Hesablama palataları ilə yanaşı, Azərbaycan və Qırğızıstan arasında da ikitərəfli əməkdaşlığın dərinləşməsi və möhkəmlənməsinə xidmət edəcəyinə əminlik ifadə edib.*
A.Əzizov