24-25 sentyabr tarixində Bakıda Beynəlxalq Elektron Ticarət Forumu keçiriləcək. Bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən məlumat verilir.
““Bakı E-ticarət Forumu 2018”-in keçirilməsi təşəbbüsü NRYTN-yə məxsusdur. Tədbir Avropa İttifaqının və BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının dəstəyi ilə baş turtacaq.
Tədbirdə 300-dən artıq yerli və xarici nümayəndənin iştirakı gözlənilir”, - məlumatda deyilir.
Forum regionda elektron ticarətin inkişafı üçün müvafiq tövsiyələri nəzərdən keçirmək və praktiki tətbiq imkanlarının müəyyən edilməsi üzrə beynəlxalq platforma rolunu oynayacaq.
Forum çərçivəsindəelektron ticarətin inkişafı üçün BMT-nin Ticarət və İnkişaf üzrə Konfransı tərəfindən müəyyən edilmiş 7 əsas istiqamət üzrə müxtəlif sessiyalar təşkil olunacaq. Sessiyalarda Avropa İttifaqı, Dünya Bankı, Ümumdünya Ticarət Təşkilatı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Ticarət Mərkəzi, Beynəlxalq Telekommunikasiya İttifaqı və elektron ticarətin inkişafı üzrə tanınmış beynəlxalq ekspertlər çıxış edəcəklər.
Tədbir çərçivəsində e-ticarətlə məşğul olan yerli startapların sərgisi də təşkil olunacaq. **
N.Abbasova