Vergilər Nazirliyi vergi internet idarəçiliyinin fəaliyyəti (IVI) üçün bir sıra yeniliklərin tətbiqinə hazırlaşır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə nazirlikdən məlumat verilir.
Bununla əlaqədar, IVI yeni versiyasının hazırlanması, həm elektron xidmətlərin interfeysinin yaxşılaşdırılması, həm də bir sıra prosedurların təkmilləşdirilməsi, digər dövlət təşkilatları ilə interqrasiyanı genişləndirmək və informasiya texnologiyaları arxitekturasının optimallaşdırılması planlaşdırılır.
O cümlədən, yeniliklər vergi bəyannamələrinin hazırlanması və təqdim edilməsinə aid olacaq. “Hazırda vergi bəyannamələri bilavasitə vergi ödəyiciləri tərəfindən tərtib olunur. Lakin onların hazırlıq prosesində vergi ödəyiciləri müəyyən çətinliklərlə üzləşirlər. Gələcəkdə nazirliyin müəyyən strukturları vergi bəyannaməsinin ilkin variantını özləri hazırlayaraq vergi ödəyicilərinin təsdiq olunmasına yönəldəcəklər”, - nazirlikdən qeyd olunub.
O cümlədən, elektron qaimə (e-qaimə) və elektron vergihesab-fakturası göndərilməsinin sadələşdirilməsi planlaşdırılır.
“Vergilər Nazirliyi insan faktorunun rolunu minimuma çatdırılması məqsədilə elektron xidmətlərin göstərilməsi prosesinin avtomatlaşdırılması ilə yanaşı o cümlədən elektron audit prosesinin avtomatlaşdırılması üzərində fəaliyyət göstərir. Bundan başqa, elektron nəzarətin həyata keçirilməsi məqsədilə nəzarət-kassa aparatları onlayn rejimində çalışacaq”, - nazirlikdən bildiriblər. **
B.Rüstəmbəyov