Prezident İlham Əliyev NATO ilə əməkdaşlığın yüksək səviyyədə olduğunu deyib.
"Azərbaycanın NATO ilə əməkdaşlığı yüksək səviyyədədir. Yaxın keçmişdə Azərbaycan Əfqanıstanda “Qətiyyətli dəstək” missiyasındakı öz hərbi kontingentinin sayının artırılması ilə bağlı qərar qəbul etmişdir. Artıq 120 azərbaycanlı hərbçi Əfqanıstanda xidmət göstərir”, - deyə o, bu gün Xorvatiya prezidenti Kolinda Qrabar-Kitaroviç ilə birgə mətbuata bəyanatla çıxışı zamanı bildirib.
İ.Əliyevin sözlərinə görə, “Qətiyyətli dəstək” missiyasının təmin olunması üçün Azərbaycan öz hava məkanını və nəqliyyat infrastrukturunu təqdim edib. Bu da missiyanın uğurla davam etməsi üçün çox önəmli məsələdir.
Öz növbəsində, Kolinda Qrabar-Kitaroviç qeyd edib ki, Azərbaycan NATO-nun mühüm tərəfdaşıdır.*
F.İsazadə